Gəncədə faktiki vəziyyət-VİDEObackend

Gəncədə faktiki vəziyyət-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın silahlı qüvvələri bu gün səhər saat 10 radələrindən başlayaraq işğalçı hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb. Döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutulub.

Ermənilərin atdığı raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Ölən və yaralananlar var.

Lakin Ermənistanın  təxribatına  Ordumuzun layiqli cavab verəcəyinə inanan Gəncə sakinlərinin əhval-ruhiyyəsi yüksəkdir.

“Gəncə sakinləri özləri digər rayonların sakinləri ilə telefonla danışarkən onlara ruh yüksəkliyi verir. Gəncə sakinləri Azərbaycanın digər bölgələrinin vətəndaşları kimi güclü və məğrurdur”, – Gəncə sakini “Report”un müxbirinə  bildirib.