Gəncədə evləri seldən zərər görən sakinlərlə maraqlanan yoxdur – VİDEObackend

Gəncədə evləri seldən zərər görən sakinlərlə maraqlanan yoxdur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yağıntılı hava şəraitinin Gəncə şəhərində törətdiyi fəsadlar aradan qaldırılmır.
Bu barədə Yeniavaz.com-a şəhərin Məhsəti qəsəbəsində evləri zərər görən sakinlər məlumat veriblər.
Onlar bildiriblər ki, artıq iki gündür ki, yağışın vurduğu ziyanın aradan qaldırılması üçün heç bir qurum vətəndaşlarla maraqlanmayıb.
Sakinlərin sözlərinə görə, bu qəsəbədə dəfələrlə eyni fəsad yaranır, lakin buna baxmayaraq heç bir tədbir görülmür.