Gəncədə erməni terroru: 13 nəfər ölüb, 40 yaralı varbackend

Gəncədə erməni terroru: 13 nəfər ölüb, 40 yaralı var

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
TİA.AZ-ın məlumatına görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.
Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.
***
“Ermənistan tərəfindən Gəncənin alçaq raket atəşi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Yaralıların sayı 40 nəfərdir”.
Qaynarinfo xəbər verir ki, Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin atəşə tutulması ilə bağlı özünün “Twitter”dəki hesabında yazıb.
“Xilasetmə işləri davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır” – deyə o bildirib.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki