backend

Gəncədə ağacəkmə aksiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibətilə Şeyx Nizami yurdunda ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilib. 
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibətilə Şeyx Nizami yurdunda ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə 260 ərazi ilk partiya təşkilatını, 40 minə yaxın üzvü ətrafında birləşdirən YAP Gəncə şəhər Təşkilatının İdarə Heyəti və Şura üzvləri, partiya fəalları, ziyalılar və gənclər iştirak ediblər. Aksiya iştirakçıları 24 ədəd Gəncənin rəmzi sayılan, ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi xan çinar ağacı, 1000-ə yaxın şam ağacı əkiblər.

Bütün fəaliyyətini xalqın, dövlətin maraqlarına xidmət üzərində quran Yeni Azərbaycan Partiyası fəallarının 24 ədəd xan çinar ağacı əkməsi heç də təsadüfi deyil. 36 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider şəhərin əvvəllər Heydər Əliyev Xatirə Parkı adlanan bu ərazisində qədim Gəncənin rəmzi sayılan xan çinar ağacı əkib. Məhz buna görə, YAP-ın yubileyi ərəfəsində başqa ağaclarla yanaşı, çinar ağacının əkilməsi bir ənənə halını alıb. Ötən il Yeni Azərbaycan Partiyasının 23 illiyi münasibəti ilə dünyanım ən böyük beş parkından biri olan Heydər Əliyev Park Kompleksində partiya fəalları 23 ədəd çinar ağacı, 500-ə yaxın şam ağacı əkiblər.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

YAP-ın 24 illik yubileyi günü ağacəkmə aksiyasının keçirilməsinin əhəmiyyəti böyükdür. Bu gün əkilən ağaclar özünün inkişaf, çiçəklənmə dövrünü yaşayan Gəncə şəhərinin yaşıllaşmasına, ekoloji təmizliyinə böyük töhfə verəcək.