Gəncədə 9-cu sinif şagirdi 17 yaşlı oğlanı bıçaqladıbackend

Gəncədə 9-cu sinif şagirdi 17 yaşlı oğlanı bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
TİA.AZ  APA-ya istinadən bildirir ki, hadisə şəhərin Qırmızı Kənd qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü İsmayılov Alim Yuri oğlu bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, Alim İsmayılov 9-cu sinif şagirdi olan tanışı, 2006-cı il təvəllüdlü Novruzov İsmayıl Ələs oğlu tərəfindən bıçaqlanıb. İ. Novruzov saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.