Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildibackend

Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki,Tomuyev Səməd İsaq oğlu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Səməd Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçsısı aparatının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində çalışıb.

Bildirək ki, bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini Elnur Rzayev icra edirdi. Hazırda Elnur Rzayev Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışır.