“Gəncə hadisəsi göstərdi ki, bu terrorçu dövlət hər şeyə əl ata bilər” – İlham Əliyevbackend

“Gəncə hadisəsi göstərdi ki, bu terrorçu dövlət hər şeyə əl ata bilər” – İlham Əliyev

“Sülhməramlıların yerləşdirilməsi məsələsi hələ geniş müzakirə olunmayıb. Olsa da bu işdə Azərbaycanın sözü nəzərə alınmalıdır. Bu gün münaqişə Azərbaycanı torpaqlarında gedir. Azərbaycana hər hansısa bir ölkənin silahlı qüvvələrinin gətirilməsi razılığımız olmadan mümkün deyil”.

TİA.AZ xəbər verir ki, bu sözləri Türkiyənin NTV kanalına müsahibəsində Prezident İlham Əliyev deyib.

“İndidən bu haqda bir şey demək istəməzədim. Hər bir məsələnin həlli üçün münasib şərait olmalıdır. Nə zaman olacağını deyə bilmərik. Bir şey dəqiqdir ki, hərbi qarşıdurma başa çatandan sonra sülhü təmin etmək üçün müəyyən beynəlxalq səylər olmalıdır. Biz bunları nəzərdən keçirməyə hazırıq. Soydaşlarımız azad edilən bölgələrə qayıdan sonra onların təhlükəsizliyi təmin edilməlidir. Gəncəyə hücum göstərir ki, bu terrorçu dövlət hər şeyə əl ata bilər”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki