Gənc Tamaşaçılar Teatrında Premyerabackend

Gənc Tamaşaçılar Teatrında Premyera

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 mart Beynəlxalq Teatr günündə A.P.Çexovun «Qağayı» pyesi əsasında eyniadlı tamaşa sənətsevərlərə təqdim olundu.

TİA.AZ xəbər verir ki,Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dahi rus klassiki A.Çexovun yaradıcılığına müraciət edib. Belə ki, 27 mart Beynəlxalq Teatr günündə məşhur «Qağayı» komediyası əsasında eyniadlı tamaşanın premyerası baş tutub. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir. Tamaşada Əməkdar artistlər Kəmalə Hüseynova, Nicat Kazımov, Rasim Cəfərov, Şövqi Hüseynov, aktyorlar Səbinə Məmmədova, Bəhram Həsənov, Mirsənan Kazımlı, Kərəm Hadizadə, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Ümman Budaqov, Mətləb Abuşov iştirak edirlər.

Daha öncələr M.Füzulinin «Leyli və Məcnun», Ə.Haqverdiyevin «Pəri-Cadu», E.E.Şmidtin «Oskar və çəhrayı dama» və s. kimi mürəkkəb, fərqli quruluş tələb edən əsərlərə müraciət edən rejissor Nicat Kazımov bu dəfə də klassik pyesə  yeni yanaşma sərgiləyib. Tamaşanın əsas ideyasını ifadə edən tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi hər bir qəhrəmanın vasitəsi ilə qabardılıb. Səhnə əsərində rus bəstəkarı Pyotr Çaykovskinin «Qu gölü» baletinin musiqisi istifadə olunub.

Tamaşa anşlaqla qarşılanıb, tamaşaçıların böyük marağına səbəb olub.