“Gənc Liderlər üçün Yay Universiteti”nin üçüncü günü başa çatdı — FOTOLARbackend

“Gənc Liderlər üçün Yay Universiteti”nin üçüncü günü başa çatdı — FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”nin üçüncü günü müxtəlif təlimlər və panel müzakirələr ilə davam edib.

Panel və təlimlərdən ibarət olan görüşlərdə iştirak edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva  “Azərbaycanda vətəndaş cəmiyyəti: reallıqlar, perspektivlər”, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının vitse-prezidenti Pərvin Şərifov “Uğurun açarı”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rövşən Nəcəfov “Səhvlər və təcrübələrin gələcək üçün inşa etdiyi körpü”, Bank VTB (Azərbaycan) ASC-nin Tərəfdaşlarla iş şöbəsinin müdiri Rasim Xammədov “Maliyyə bazarlarında rəqəmsallaşma tendensiyaları və innovasiyanın tətbiqi” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Günün sonunda “Enerjini Paylaş” devizi ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.

Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə layihənin tərəfdaşları olan Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi kimi dövlət qurumları və Bank VTB (Azərbaycan), “Badamlı Mineral Sular”, “Az-Granata” kimi biznes subyektlərinə öz təşəkkürünü bildirir.