GƏNC CÜTLÜKDƏN DUYĞULANDIRAN JEST: TOY GÜNÜ ŞƏHİDLƏRİ ZİYARƏT ETDİLƏR – VİDEObackend

GƏNC CÜTLÜKDƏN DUYĞULANDIRAN JEST: TOY GÜNÜ ŞƏHİDLƏRİ ZİYARƏT ETDİLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda vətənpərvər gənclər şad günlərində də bir an belə olsun şəhidlərimizi unutmurlar, onlara ehtiram göstərirlər.
TİA.Az xəbər verir ki, bu günlərdə ailə həyatı quran Ruslan Quliyev və Səbinə Əliyeva cütlüyü də belə gənclərimizdən biridirlər.
Belə ki, onlar toy günü Masallıdan olan şəhidləri yad ediblər. Gənclər öz sevincli günlərində rayonun Digəh kəndindən olan şəhidlərimiz – Araz Seyfullayevlə Cavad İbadovun məzarını ziyarət ediblər. Onlar bu addımı bir mənəvi borc kimi atıblar.
Əlbəttə, gənclərin şəhidlərimizə göstərdiyi ehtiram, onların ruhuna hörmət, Qarabağın azadlığı uğrunda canından keçən oğullara toy günündə diqqət ayırması cəmiyyət üçün bir örnək olmalıdır.

TİA.Az