“GƏMİM BATIR …” – Araz Ağalarov dövlətdən dəstək istədibackend

“GƏMİM BATIR …” – Araz Ağalarov dövlətdən dəstək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsilli Rusiya milyarderi Araz Ağalarov dövlətdən yardım istəyir. Musavat.com xəbər verir ki, bu barədə milyarder özü RBK nəşrinə müsahibəsində danışıb.

Crocus Group-un sahibi bildirib ki, hazırda onun biznesi batan gəmini xatırladır. Bu şəraitdə aprel ayı üzrə işçilərə əmək haqqı ödəmək üçün pullarının çatmayacağını bildirən biznesmen dövlətdən Əlavə Dəyər Vergisinin azaldılmasını xahiş edib.

A.Ağalarovun sözlərinə görə, Crocus Group-da 15 min nəfər işləyir. Onların əmək haqqını ödəmək üçün 1 milyard rubla yaxın vəsait lazımdır.

Агаларов » ГЛАС.РУ | Актуальные новости в одном месте

Hazırda qrupun “Sənin evin” mağazalarından başqa bütün obyektləri fəaliyyətini dayandırıb: “15 min sərnişini olan gəmi kapitanın gözləri önündə yavaş-yavaş dibə gedir. Kapitan isə hətta gəmiyə dolan suyu çəkə bilmir, buna sadəcə, imkan vermirlər”.

Biznesmen qeyd edir ki, yeni borclanmaya getməklə şirkəti daha 1 ay da davam gətirə bilər. Lakin onun sözlərinə görə, digər bir çox şirkətlər kimi, Crocus Group-un da öz fəaliyyətini davam etdirməsi üçün Rusiyada ən azı 2 ay müddətində vergilər unudulmalıdı.

Qeyd edək ki, 2018-ci ildə Crocus Group-un gəliri 60 milyard rubl olub. Hazırda A.Ağalarov 1,7 milyard dollarlıq sərvəti ilə Forbes-in reytinqində 55-ci yerdədir.