Gəmilərimiz üçün İstanbul boğazından keçid haqqı artırılırbackend

Gəmilərimiz üçün İstanbul boğazından keçid haqqı artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki boğazdan keçid haqqını 2 dəfə artıracaq.

Bu qərar Azərbaycan gəmilərinə də aiddir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı təsdiq edib:

“Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dolları keçid haqqı ödəyərdiksə, gələn aydan bu rəqəm 5 000 dollar olacaq”.