Tribuna İnformasiya Agentliyi

Gələn ilin maaşlarına ayrılan məbləğ artırılır

25 Noyabr

Azərbaycanın 2017-il dövlət büdcəsinin məxaricinin layihəsində əməyin ödənişi xərcləri 4 milyard 77 milyon manat və ya ümumi xərclərin 24,6%-i həcmində nəzərdə tutulub. 
Azərbaycanın 2017-il dövlət büdcəsinin məxaricinin layihəsində əməyin ödənişi xərcləri 4 milyard 77 milyon manat və ya ümumi xərclərin 24,6%-i həcmində nəzərdə tutulub.

TİA.AZ report-a istinadən xəbər verir ki, bu barədə 2017-ci il büdcə zərfinə istinadən xəbər verir.
Əməyin ödənişi üzrə xərclər 2016-cı ilin analoji proqnozu ilə müqayisədə 6,37%, 2016-ci ilin gözlənilən icra proqnozu ilə müqayisədə isə 14,99% çoxdur.
Dövlət büdcəsi istehlakı 2017-ci ilə 7 milyard 200,4 milyon manat məbləğində olmaqla büdcə xərclərində 43,4% səviyyəsində proqnozlaşdırılır. Bu, 2016-cı ilin proqnozlaşdırılan göstəricisi ilə müqayisədə 2,7% çoxdur.
Qeyd edək ki, 2017-ci il üçün büdcə xərcləri 16,6 milyard manat həcmində nəzərdə tutulub.