Gələn ay Türkiyədə “Fulya” filminin premyerası olacaqbackend

Gələn ay Türkiyədə “Fulya” filminin premyerası olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişləri başa çatıb.

TİA.AZ xəbər verir ki, oktyabrın 8-də ekran əsərinin Türkiyədə premyerası olacaq.

Qeyd edək ki, filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə müharibənin acı həqiqətlərini dünyaya çatdıran ”CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün fəaliyyətindən bəhs olunur.

Sənədli filmin Azərbaycanda nümayişinin vaxtı isə hələlik dəqiqləşməyib