“Gelandewagen” işıq dirəyinə çırpılıb bu hala düşdü – VİDEObackend

“Gelandewagen” işıq dirəyinə çırpılıb bu hala düşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moskva şəhərində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident aprelin 22-də səhər saatlarında Leninqrad prospektində qeydə alınıb. Bu barədə “RenTV” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hərəkətdə olan “Mercedes Gelandewagen” markalı avtomobil, məlum olmayan səbəblərdən sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən “Gelandewagen”ə ciddi ziyan dəyib.

Bildirilir ki, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.