“Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdibackend

“Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” –Əməkdar artisti çimərlikdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi Operativ Qərargah tərəfindən çimrəliklərlə bağlı qadağaların aradan götürülməsindən sonra dəniz sahilində sıxlıq yaşanır. Həftəsonları isə çimərliklərə daha çox insan axını var.
Moderator.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva heç vaxt dənizə getmədiyini bildirib:
“Ümumiyyətlə, çimərliyə getməyi xoşlamıram. Heç uşaqları da aparmamışam. Gedib dəniz qırağında neyləyim? Çimərlik mənim üçün istirahət yeri deyil. Ondansa bir ağac altında ailəmlə oturub samovar çayı içərik, istirahət edərik.  Gedib quma batmağım mənə nə verir ki? Özü də ki, indi xəstəliyə görə insanların sıx olduğu yerlərdən uzaq olmaq lazımdır. Dəniz qırağında isə insanlar heç sosial məsafəni belə gözləmir. Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?”.