Gecə klubundakı partlayışda tanınmış bloger də yaralanıb: Vəziyyəti ağırdırbackend

Gecə klubundakı partlayışda tanınmış bloger də yaralanıb: Vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda gecə klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürdən xəbər var. 
Qaynarinfo xəbər verir ki, onun səhhəti ilə bağlı keçmiş həyat yoldaşı Oqtay Əhmədov məlumat verib.
O, “Instagram”da status paylaşaraq Ayselin yanında olduğunu söyləyib: “İndi Ayselin yanındayam. Narahat olmayın, hər şey yaxşıdır”.
Qeyd edək ki, klubda sosial şəbəkələrdə paylaşdığı videolarla populyarlaşan Aysel Şükürün yaxın dostu Raulun ad günü məclisinin keçirildiyi iddia edilir.
Dostunun doğum günü üçün məkana gələn Ayselin vəziyyəti ağırdır. Bu barədə Raul instaqramda açıqlama verib. Ayağından yaralanan gənc Şükürovanın vəziyyətinin qənaətbəxş olmadığını bildirib.
ARAYIŞ: 23 fevral, 2022 – “Lication” gecə klubunun səhifəsi “Tezliklə! Şəhərə səs salmağa gəlirik” anonsu ilə sosial şəbəkələrdə fəaliyyət göstərməyə başlayıb. Mart ayının ortalarından klub işləməyə başlayıb.
 
Aprelin 2-dən 3-nə keçən gecə, saat 3 radələrində klubda partlayış olub. İlkin məlumatlarda qaz sızması səbəbi göstərilir. Daha sonra klubun “Instagram” səhifəsində postlar tamamilə silinib.
 
Partlayış nəticəsində 37 nəfər yaralanıb, 1 nəfər ölüb (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.