“Gecə arvadınla ağız-ağıza yatırsan, amma toyda vals oynasan maska taxmalısan”backend

“Gecə arvadınla ağız-ağıza yatırsan, amma toyda vals oynasan maska taxmalısan”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zarafat bir yana, amma məni həqiqətən də maraqlandırır ki, bu qaydaları kim tərtib edir? TƏBİB and içir ki, mənlik deyil, digərləri də sual görüb çıxırlar aradan, hamısı da qaş-gözlə işarə edir ki, OQ-ın işləridir”.

TİA.AZ xəbər verir ki, bunu jurnalist  Azər Qərib Operativ Qərargahın toyla bağlı qərarına müünasibət bildirərkən deyib. Qərarı tənqid edən jurnalist bəzi qaydaların məntiqsiz olduğunu qeyd edib:

“Yaxşı, axı kimsə oturub bunları fikirləşir, öz aləmində kovidlə mübarizə aparır, yazır, pozur, üstəlik bizim vergilərimizdən maaş ala-ala. Axı kimdir onlar?

Sən canı, söhbətə bax – toyda bir masa arxasında oturanda maskanı çıxarmaq olar, amma rəqs etməyə dursan – taxmalısan.

Özüdə fərqi yoxdur, medlennıy, ya milli tərəkəmə.

Gecə halal arvadınla bir yastığa baş qoyursan ağız-ağıza, amma toyda onu bağrına basıb bir dənə romantik vals getmək istəsən, maska taxmalısan, belə də dərd olar?

İki ilə yaxındır insanlar sosial məsafə dərdindən leqal qucağlaşmaq imkanından məhrum olublar, ümidləri toylara idi, bunu da çox gördünüz?

Düşünürəm ki, pandemiya qurtarandan sonra gərək bir muzey açaq, adını da qoyaq “Məntiq killerləri”.

Bu 18 ayın bütün şedevrlərini sərgiləyək, bizdən sonra gələnlər gülsün bolluca…”