Tribuna İnformasiya Agentliyi

Gecə növbəsi işləyənlərdə bu xəstəliklər olur – Səbəb

24 Sentyabr
Sutkalıq təbii ritmin pozulması immun hücüyrələrin işinə mənfi təsir edir.
Elmi fondun mütəxəssisləri  olan onkoloq, nevroloq və kardioloqlar gecə növbəsində işləyənlər, eləcə də gecə yuxusu almayıb işini görən insanlarda piylənmə, kökəlmə və bağırsağın iltihabi xəstəlikləri yaranmasını aşkar edib.
İnsan orqanizminin bütün hüceyrələri daxili bioloji saata, yəni sutkalıq ritmə tabedir. Yəni hüceyrələr gündüz-gecə fərqli çalışır. Bu əmri isə baş beyin verir.
Ona görə gecələr yatmayıb işləyənlərdə cəmi 1 il ərzində sağlamlıqlarında ciddi fəsadlar yaranır, bağırsaq pozulur.
Belə ki, bağırsağı tənzimləyən xüsusi immun hüceyrələr çirkad genlərə tabedir. Gecə ilə gündüzün yeri qarışanda bağırsaqlarda infeksiyalarla mübarizə aparma sistemi zəifləyir, piy, yağlarən sovrulması pozulur.
Süni olaraq çirkad genlərin işini pozduqda bədəndə piy toplanması artır, bağırsaq divarlarının keçiriciliyi pozulur.
Günün işıqlı saatlarında beyin bağırsaqda olan bu genlərə aktivliyi azaltmaq əmri verir. Bu zaman qida ilə daxil olan yağ, piylər bağırsaq divarlarında qala bilir. Gecə olduqda, insan yuxuda ikən beyin gəmin genlərə əmr göndərir ki, bu yad agentlərlə mübarizə aparıb, bağırsaq divarını bərpa etsinlər.
İnsan yatmayıb işləyirsə, beyin gündüz rejimində olduğunu düşünür və  bu əmr gecikir. Beləliklə, bu adamlarda bağırsaq divarı toksinlərlə dolur, iltihablaşır, piylər isə sovrulmur.