Tribuna İnformasiya Agentliyi

GDU əməkdaşı Türkiyədə simpoziumda

14 Aprel

Gəncə Dövlət Universitetinin  əməkdaşı Təhsilin pedaqogikası və metodikası kafedrasının psixologiya üzrə fəlsəfə doktoru, baş müəllim Günay Kazımova  5-7 aprel 2017-ci il  tarixdə  Türkiyə  Cümhuriyyətinin Tokat şəhərində Gazi Osman Paşa Universitetində təşkil olunmuş “II Uluslararası Plevne Kahramanı Gazi Osman Paşa ve Dönemi Simpoziumu”nda məruzə ilə çıxış edib.   Gəncə Dövlət Universitetinin  əməkdaşı Təhsilin pedaqogikası və metodikası kafedrasının psixologiya üzrə fəlsəfə doktoru, baş müəllim Günay Kazımova  5-7 aprel 2017-ci il  tarixdə  Türkiyə  Cümhuriyyətinin Tokat şəhərində Gazi Osman Paşa Universitetində təşkil olunmuş “II Uluslararası Plevne Kahramanı Gazi Osman Paşa ve Dönemi Simpoziumu”nda məruzə ilə çıxış edib.  

Simpoziumun  açılış  mərasimində  Tokat Valisi Cevdet Can, Tokat Millət vəkilleri  Prof. Dr. Celil Göçer, Kadim Durmaz, Tokat Bələdiyyə Başkanı Av. Eyüp Eroğlu, Cumhuriyet Başsavcı Vekili İlyas Ay, Gazi Osman Paşa Universitetinin rektoru  Prof. Dr. Mustafa Şahin, İstanbul Universitetinin rektoru Prof. Dr. Mahmut Ak, Gümüşhane Üniversiteti rektoru Prof. Dr. Halil İbrahim Zeybek, Atatürk Araştırma Mərkəzi Başkanı Prof. Dr. Mehmet Ali Beyhan, Niksar Bələdiyyə Başkanı Özdilek Özcan, Universitetin müəllim-tələbə heyəti və 45 nəfərə yaxın ölkədaxili və ölkəxarici məruzəçilər iştirak etmişlər.  Simpoziumda iştirak etmək üçün 11 nəfərdən ibarət  Rusiya, Sanl-Peterburq, Dağıstan, Azərbaycan  Universitetlərinin əməkdaşları dəvət almışlar.
 

Dəvət almış  xarici qonaqlar Tokat şəhərində çox səmimi, hörmət və diqqətlə qarşılanmış, onların simpoziumda iştirakları üçün əlverişli şərait yardılmışdır. Universitetin əməkdaşı psixologiya üzrə fəlsəfə doktoru, baş müəllim Günay Kazımova öz çıxışında ilk öncə Azərbaycan Respublikası Gəncə şəhəri, Gəncə Dövlət Universitetinin  rektoru Prof. Yusif Yusibovun salamlarını simpozium iştirakçılarına  və  Gazi  Osman  Paşa Universitetinin rektoru Prof. Dr. Mustafa Şahin Düzenleme Kurulu Başkanı Prof. Dr. Mustafa Çolak  və Simpozium Sekretaryası Yrd. Doç. Dr. Murat Hanilçe  çatdırmışdır. Onun  “ Yabancı gözüylə Gazi Osman Paşa Dönemi” məruzəsi dinlənilmiş və maraqla qarşılanmışdır. Məruzənin sonunda GDU-nun əməkdaşı uğurlu çıxışına görə Sertifikatla təltif olunmuşdur. Daha sonra Simpozium iştirakçıları Tokat Gənclik Mərkəzində Ahmet Yenilmezin təqdimatında “Plevne Kahramanı Gazi Osman Paşa” adlı monoloqunu dinləmiş və böyük təəsuratlarla ayrıldıqlarını, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə simpoziumun icra heyətinə,  Assoc. Prof. Dr. İsmet Türkmenə,  Asst. Prof. Dr. Kemal İbrahimzadəyə və elmi heyyətə öz minnətdarlıqlarını bildirmişlər. Simpozyum Şəhər turu gəzməklə uğurla yekunlaşmışdır.