G7 üzvləri Rusiyanı Donbasdakı qarşıdurmanın tərəfi kimi tanıdılarbackend

G7 üzvləri Rusiyanı Donbasdakı qarşıdurmanın tərəfi kimi tanıdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
G7 zirvəsinin sonuncu günü (cümə – bazar günləri) Moskvanı Ukraynanın şərq sərhədlərindən qoşunlarını geri çəkməyə, həmçinin Krımdan hərbi hissələrini və hərbi texnikalarını çıxartmağa çağırış edilib.
TİA.AZ UNIAN-a istinadla xəbər verir ki, G7 iştirakçıları Rusiyanı Donbasda “vasitəçi kimi deyil, münaqişənin tərəfi kimi” tanıdıqlarını xatırladıblar.
Kornuel toplantısından sonra qəbul edilən kommünikedə ABŞ, İngiltərə (zirvənin ev sahibi), Kanada, Almaniya, Fransa, İtaliya və Yaponiya “Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiklərini bildiriblər.
Daha əvvəl G7 üzvləri Rusiya Federasiyası ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərə ehtiyac duyduqlarını bildiriblər.
Kiyev Rusiyanın cənub-şərq ərazilərinə qarşı “təcavüzkarlığı”nı elan edir. Bəzi ölkələr xaricində dünya Krımın 2014-cü ildən bəri Rusiya Federasiyasının tərkibində olduğunu tanımır. Moskva yarımadanın “əbədi” olaraq Rusiyanın parçasına çevrildiyini və Donbasdakı qarşıdurmanın Ukraynanın daxili problemi olduğunu iddia edir.
2021-ci ilin baharında Ukrayna sərhədləri boyunca gərginlik yaranıb. Rusiya genişmiqyaslı təlimlər keçirdiyini açıqlayıb və bölgəyə on minlərlə əsgəri yığmağa başlayıb. Ukrayna hakimiyyəti dəstək üçün ABŞ-a müraciət edərək “Rusiya istilasına hazır olduqlarını” vurğulayıblar. Daha sonra Rusiya Federasiyası qoşunlarını geri çəkib, lakin mütəxəssislər bunun yalnız bir “görüntü” olduğundan və ölkənin bölgədə əhəmiyyətli varlığını qoruduğundan qorxurlar.