G7 liderləri Tokio Olimpiadasının keçirilməsini dəstəklədilərbackend

G7 liderləri Tokio Olimpiadasının keçirilməsini dəstəklədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük Yeddilər” (G7) ölkələrinin liderləri bu ilin yayında Tokioda Olimpiya və Paralimpiya oyunlarının keçirilməsinə dəstəklərini ifadə ediblər.

TİA.AZ xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyinin dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin qeyri-rəsmi birliyinin cümə günü keçirilmiş virtual zirvə görüşünün nəticələrindən sonra yayımlanan məlumatında deyilir.

“Yaponiya Baş naziri Yosihide Suqa ölkənin bu yay pandemiyanın aradan qaldırılmasının simvolu olacaq Olimpiya və Paralimpiya Oyunlarını Tokioda keçirmək qərarını dilə gətirib. O, həmçinin bildirib ki, Yaponiya Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlıq şəraitində oyunların təhlükəsiz və etibarlı təşkili üçün hazırlığı davam etirəcək. Bütün G7 liderləri Yaponiyanın ortaq kommünikedə göstərilən niyyətini dəstəklədilər”, – nazirliyin xəbərində deyilir.

Tədbir 2020-ci ilin aprelindən birinci sammit olub. Sammitdə Böyük Britaniyanın, İtaliyanın, Kanadanın, Yaponiyanın baş nazirləri, Almaniya kansleri, ABŞ və Fransa prezidentləri, Avropa Şurasının rəhbəri və Avropa Komissiyasının sədri iştirak ediblər. Bu, İtaliyanın, ABŞ-ın və Yaponiyanın hazırkı liderləri, həmçinin Avropa Birliyinin rəhbərliyi üçün belə formatda ilk görüşdür.

Tokio Olimpiadası 2020-ci ilin 24 iyulundan 9 avqusta qədər keçirilməli idi, amma yarış pandemiyaya görə təxirə salınıb. Olimpiya oyunları bu il iyulun 23-dən avqustun 8-ədək keçiriləcək. Bu halda “Tokio-2020” Oyunlarının adı olduğu kimi saxlanılıb.