G20 liderlərinin ikinci görüşü baş tutmadıbackend

G20 liderlərinin ikinci görüşü baş tutmadı

G20 ölkələri liderlərinin 24 aprel tarixinə təyin edilmiş ikinci görüşü ABŞ ilə Çin arasında Ümumdünya Səhiyyə Təşkilatının (DST) fəaliyyətinə dair baş qaldıran ziddiyyətlər üzündən təxirə salındı.

TİA.AZ  “SCMP”a istinadən xəbər verir ki, ABŞ tərəfi ÜST-nin Çində başlamış COVID-19 pandemiyasına qarşı ilk dövrdə atdığı addımlar barədə açıqlama verməsini tələb etsə də, Çin tərəfi bu məsələni müzakirə etməyi qəti şəkildə rədd etdi. “Beləliklə də videokonfrans son anda təxirə salındı”, – deyən mənbənin fikrincə, tərəflər keçiriləcək görüşün yekun sənədinə DST ilə bağlı müddəalarla bağlı razılığa gələrsə, görüşün baş tuta biləcəyini də qeyd edib.

Xatırladaq ki, G20 ölkələrinin mart ayının 26-da keçirilmiş birinci görüşündə pandemiya dövründə dünya iqtisadiyyatını dirçəltmək üçün 5 trilyon ABŞ dolları ayırmaq barədə razılığa gəlinib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az