G20 kasıb ölkələri borc ödənişlərindən azad edibbackend

G20 kasıb ölkələri borc ödənişlərindən azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G20 Maliyyə nazirləri və Mərkəzi Bank rəhbərləri, dünyanın ən kasıb ölkələrinin borc ödənişlərinin ilin sonuna qədər dondurulması barədə razılığa gəliblər.

TİA.AZ  xarici mətbuata istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Maliyyə naziri Məhəmməd əl-Cedan açıqlayıb.

Onun sözlərinə görə, əsas borc və faizlərin geri ödənişlərinin dondurulması kasıb ölkələrə səhiyyə sistemlərini inkişaf etdirməkdə və koronavirus ilə mübarizəyə əlavə olaraq 20 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti ilə təmin edəcək.

“G20 olduqca sürətli bir qərar verdi. Borcların dondurulması hər kəsin marağında idi. Qlobal cəmiyyət pandemiya qarşısında ancaq ən zəif üzv qədər güclü ola bilər”, – IMF prezidenti Kristalina Georgieva bildirib.