Tribuna İnformasiya Agentliyi

Gənc qadınların futbolçuluq xəyalları kabusa döndü – FOTO

05 Dekabr
Futbolçu olmaq xəyalları quran Əfqanıstanlı qadınların komandaya girməyə çalışarkən cinsi istismara məruz qaldığı ortaya çıxıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanda Taliban dövründən sonra qadın milli futbol komandasının yaradılması ölkədə qadınların sahib olduğu azadlıqları təmsil etməsi baxımından qlobal miqyasda mühüm bir mərhələ kimi görülüb.
Amma bu günlərdə Əfqanıstanın yüksək səviyyəli idman rəhbərlərindən biri hərbiçilər və mühafizəkarların etirazlarını nəzərə alaraq meydançaya çıxan qadın futbolçuların cinsi istismara məruz qaldığını bildirib.
Əfqanıstan Olimpiya komitəsinin sədri Hafizullah Rəhimi paytaxt Kabildə verdiyi açıqlamada  “Cinsi istismar sadəcə Futbol federasiyasında deyil, digər federasiyalarda da var və bununla savaşmaq lazımdır” deyib.
Sözügedən mövzu ilə bağlı danışan Əfqan dövlət başçısı Əşrəf Qəni isə ittihamların bütün ölkəni şoka saldığını bildirərək “İttihamlar xalqımızın övladlarını və qızlarını idmana göndərməsinin qarşısını alsa da əhatəli bir şəkildə hərəkətə keçməyimiz lazımdır” deyib.