Tribuna İnformasiya Agentliyi

Gəncənin Mərkəzi Klinikasında uşaq ölümü – Ata ittiham edir – Foto/Video

14 Avqust

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhər sakini,1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə ölüb. Hadisənin doğuş zamanı baş verdiyi bildirilsə də, körpənin doğuşdan saatlar sonra öldüyü məlum olub. Körpənin atası Asim Qarayev hadisənin həkimlərin diqqətsizliyi ucbatından baş verdiyini deyib.

Məsələ ilə bağlı Missiya.Az-a açıqlama verən Asim Qarayev bildirib ki, körpənin ölümündə günahkar xəstəxana işçiləridir.

“Hadisə, Mərkəzi Klinika Gəncə Xəstəxanasında baş verib. Doğuşdan bir həftə əvvəl xanım klinikada müayinədən keçib. Bizə bildirdilər ki, ana da, uşaq da yaxşıdır, bir həftə sonra keysəriyyə əməliyyatı ilə uşağı götürmək mümkündür. Əməliyyat üçün müəyyən olunan gün, avqustun 8-i xəstəxanaya getdik. Xanımı xəstəxanaya təhvil verib çıxdım. Saat 12 radələridə zəng gəldi ki, əməliyyat uğurla başa çatıb, uşağın səhhətində bir az problem var, amma yaxşı olacaq. 15:00 -da yenidən zəng edib körpəni aparata qoymaq üçün 1000 manat istədilər. Dedilər ki, uşağın ciyərləri açılmır. Gedib ödənişi etdim. Məni yenə rahatlatdılar ki, “Uşağı aparata qoymuşuq, axşamacan yaxşı olacaq, narahat olma”. Axşam saat 11:00 -da yenidən mənə zəng etdilər ki, uşağın vəziyyəti yaxşı deyil, iynə alıb gətirməlisən”.

Övladını itirən ata, faktla bağlı Gəncə Şəhər Prokurorluğuna, Səhiyyə Nazirliyinə şikayət etdiyini bildirib. O, övladını həkimlərin diqqətsizliyi ucbatından itirdiyini iddia edir.

O, açıqlamasında, “Saytlar uşağın doğuş zamanı öldüyünü yazır. Bu düz deyil. Axşam saat 18:00 -da uşağın videosunu çəkmişəm. Vəziyyəti yaxşı idi. Bir də axşam 23:00 –da zəng ediblər ki, uşağın vəziyyəti pisdir, iynə alıb gətirməlisən. Həmin iynə ancaq Yeni Gəncə Tibb Mərkəzində satılır. İynənin qiyməti 350 manatdır. Gecə gedib iynəni alıb gətirmişəm. Məni uşağın yanına buraxmırdılar. İynənin uşağa vurulmasına əmin olmaq üçün buna etiraz etdim, özüm də içəri daxil oldum. Uşağın rəngi qaralmışdı. İynəni vuran kimi ödü”. -deyib.

Qeyd edək ki, faktla bağlı Gəncə Şəhər Prokrorluğunda araşdırma aparılır.