Tribuna İnformasiya Agentliyi

Gəncədə polisi öldürən Rəşadın dəhşətli cinayətləri: qətl, soyğunçuluq…

11 İyul
Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.
Qanlı cinayəti törətməkdə şübhəli bilinənlərdən biri iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyevdir.
TİA.AZ  azvision.az-a istinadən xəbər verir ki, Rəşad Məmmədəli oğlu Böyükkişiyev 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olub. 19 yaşında qətl törədib və 02.10.2007-ci ildə AR CM-nin 120.1 (Qəsdənadam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib.
Həbs müddəti bitdikdən sonra Rusiya Federasiyasına gedib. Lakin orada azadlıqda çox qala bilməyib. Belə ki, həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gəncədə polis zabitini qətlə yetirən digər şəxs – Fərrux Xəqani oğlu Qasımov kimi o, da şiə məzhəbli radikal dindardır. Mütəmadi olaraq İran İslam Respublikasına səfərlər edib.