Tribuna İnformasiya Agentliyi

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi işdən çıxarılıb

12 Oktyabr

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev işdən çıxarılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, bu ilin iyun ayında Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi təyin olunan Bəxtiyar Davud oğlu Haqverdiyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə isə Nazim Məmməd oğlu Əhmədov təyin olunub.

N.Əhmədov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.