Tribuna İnformasiya Agentliyi

Gələn ildən reytinqli türk seriallarını izləmək pullu olacaq

24 Dekabr
2019-cu ildən Türkiyə kanallarında yayımlanan reytinqli serialların izlənməsi pullu olacaq.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialların vaxtının get-gedə artması və kanallardan ard-arda bir neçə serialın verilməsi kanal rəhbərlərini hərəkətə keçirib. İddialara görə, gələn ildən sözügedən seriallar bir-bir efirdən yığışdırılacaq və pullu platformalara transfer ediləcək.
Qeyd edilir ki, hər kanalda seçimə uyğun olaraq sadəcə bir serial nümayiş olunacaq.
Sözügedən qayda tətbiq olunarsa, tamaşaçılar pulsuz kanallarda gün ərzində yalnız bir serial izləyə biləcəklər. Digər serialları izləmək üçün isə pullu platformalara abunə olmaq lazım gələcək.