Füzuliyə köç daha tez başlayacaq – 50 minlik şəhər olacaq – VİDEObackend

Füzuliyə köç daha tez başlayacaq – 50 minlik şəhər olacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Füzuli şəhərində məskunlaşma prosesi mərhələli şəkildə və daha tez başlayacaq”.

TİA.AZ -ın məlumatına görə bu sözləri millət vəkili Vüqar Bayramov İctimai Televiziyanın efirində yayımlanan “Diqqət Mərkəzi” verilişində deyib.
Millət vəkili bildirib ki, Füzuli 50 minlik əhalisi olan bir şəhər olacaq:
“Şəhərin baş plan artıq təqdim olunub. Füzuli 50 minlik əhalisi olan bir şəhər olacaq. Amma məskunlaşma prosesi mərhələli şəkildə və daha tez başlayacaq. Artıq ilk məhəllə və yaşayış binalarının təməlqoyma mərasimi də olub. Yaxın vaxtlarda onların inşaatı ilə bağlı artıq proses başlayacaq.
Ona görə konkret vaxt demək çətindir. Amma gözləntimiz ondan ibarətdir ki, təxminən iki il ərzində artıq ilkin olaraq məskunlaşmaya başlamaq mümkün olacaq. Biz onu Yeni Füzuli şəhəri adlandırırıq. “Ağıllı şəhər” prinsiplərinə uyğun şəhərin qurulması həyata keçiriləcək. Şəhərdə velosiped və piyada yollarının uzunluğu 90 km-dən çox olacaq. Burada bütün standartlar, struktur nəzərə alınmaqla hazırlanmış və təsdiq olunmuş baş plandır. Ona görə proses başlayıb və bu da Füzuli şəhərində məskunlaşma baxımında ciddi bir adım kimi qiymətləndirilir”.
Daha ətraflı videomaterialda: