Füzulidən Laçına qədər davam edən döyüş yolu -XTQ -nin giziri Tərlan Əsgərli haqqında …backend

Füzulidən Laçına qədər davam edən döyüş yolu –XTQ -nin giziri Tərlan Əsgərli haqqında …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, 2020-ci ilin iyul ayında azğınlaşmış düşmən təxribatlara əl ataraq dövlət sərhədlərimizi növbəti dəfə pozmağa cəhdlər etmişdir. İşğalçı Ermənistanın növbəti belə addımı 30 illik işğala məruz qalmış xalqımızın və onun vətənpərvər oğullarının Vətən uğrunda mübarizə əzmini və malik olduğu milli qeyrət hissini düşmənə göstərmək zərurətini tarixi fürsətə çevirdi. Tarixin qəhrəmanlıq səhifələrini öz qanları ilə yazan Azərbaycan oğulları bu dəfə daha güclü dövlətin, güclü liderin ətrafında hamımızı səfərbər edən , vətən uğrunda haqq savaşının avanqardına çevrildilər. Biz bu savaşda tarix yazan oğulların timsalında yenilməz milli iradə, sarsılmaz güc və sonsuz Vətən eşqinin dərkini gördük. Qəhrəman xalqımız tarixdə bu qədər güclü olmayan milli bütövlüyünün qələbəsini və zəfər səlnaməsini yazdı. Məlum oldu ki, Azərbaycan xalqı və onun milli kimliyi haqqında bəşəriyyətin təsəvvürləri bir daha yenilənməlidir.

Canını vətən yolunda qurban etməyə hazır olan ,Vətən təəsübkeşliyi ilə nümunə göstərən gizir Əsgərli Tərlan Miryağub oğlu bu şanlı tarixi yazan qəhrəman övladlarımızdandır.

Füzulidən Laçına qədər davam edən döyüş yolu -XTQ -nin giziri Tərlan Əsgərli   haqqında ...

1993-cü il iyun ayının 1-də Cəlilabad rayonu Badamağac-Güneyli kəndində dünyaya göz açan Tərlan həyatını hərb sənətinə həsr etmək qərarına gəlib. Beləliklə o, N saylı hərbi hissənin Xüsusi Təyinatlı Kəşfiyyat bölüyündə xidmətə başlayır. Böyük Vətən müharibəsi başlayarkən düşmənlə döyüşə atılan gizirimiz Füzuli, Cəbrayıl, Qubadlı və Laçında gedən döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərib. Ağır döyüşlərdə düşmənə qan udduran Tərlan Əsgərlinin keçdiyi döyüş yolunu sözlərlə ifadə etmək və bir yazıya sığışdırmaq mümkün deyil. Gələcəkdə Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizə cild-cild kitablar həsr olunacaq və gələcək nəsillər indiki qəhrəmanlarımızı heç vaxt unutmayacaqlar, onlarla fəxr edəcəklər. Yazımızın qəhrəmanı olan Tərlan Əsgərlinin ərazi bütövlüyümüz uğrunda və düşmənlərimizə qarşı apardığımız Vətən müharibəsində göstərdiyi rəşadət və qəhrəmanlıqlar diqqətdən kənarda qalmayıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən gizir Əsgərli Tərlan Miryağub oğlu 5 medalla təltif olunub. Qəhrəman gizirimiz bunda sonra da Vətənimizin keşiyində duraraq Ali Baş Komandanın əmrinə hər an hazır olduğunu qürur hissi ilə bəyan edir. 44 günlük müharibədən şərəflə çıxaraq qazi adını daşıyan gizirimizin adından və öz adımızdan Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Gizirimiz fəxrlə qeyd edir ki, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı və işğalda olan torpaqlarımız düşmən tapdağından azad olundu.