FÜZULİ BEYNƏLXALQ HAVA LİMANININ AÇILIŞI OLDU – FOTO,VİDEObackend

FÜZULİ BEYNƏLXALQ HAVA LİMANININ AÇILIŞI OLDU – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib.  Türkiyənin dövlət başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.

Qarabağın hava qapısının simvolik açarı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Simvolik açarı dövlət başçılarına “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov təqdim edib.