Tribuna İnformasiya Agentliyi

Futbolçulara əməkhaqqını ərzaqla ödədilər

09 Dekabr

Gürcüstanın “Zuqdidi” futbol komandasının oyunçuları əməkhaqlarını pulla deyil, ərzaqla alıblar.  

Gürcüstanın “Zuqdidi” futbol komandasının oyunçuları əməkhaqlarını pulla deyil, ərzaqla alıblar. 

Belə ki, klubun rəhbərliyi futbolçulara əməkhaqqını sosislərlə ödəyib.

Ölkə mətbuatının yazdığına görə, komandanın oyunçularından biri Qiqa Beçvaya təbii qaza olun borcunu ödəmək üçün mağazaya sosislər verib. Sosislərə görə aldığı pulla təbii qaza olan borcunu ödəyib. Futbolçu sosisləri əməkhaqqı əvəzinə aldığını və indi nağd pul əldə etmək üçün sosisləri satdığını bildirib.

Qeyd edək ki, son 4 ay ərzində “Zuqdidi” komandasında 5 məşqçi dəyişikliyi olub.