Tribuna İnformasiya Agentliyi

Futbol matçında qəribə hadisə: Hər kəs bir anda özünü yerə atdı – VİDEO

11 İyun

Ekvadorun B seriyasında mübarizə aparan “Poroviejo” – “Manta” komandalarının matçında qəribə hadisə baş verib.

Publika.az xəbər verir ki, matçın 28-ci dəqiqəsində futbolçular və hakimlər daxil olmaqla, yaşıl meydançada olan hər kəs bir anda yerə uzanıb.

Buna səbəb yaşıl meydançaya arıların hücum etməsi olub.

Meydandakılar bir dəqiqə sabit vəziyyətdə yerdə uzanıblar. Arılar getdikdən sonra isə matça davam ediblər.

Qarşılaşma “Manta”nın 3:2 hesabı qalibiyyəti ilə başa çatıb.