Tribuna İnformasiya Agentliyi

Fuad Ələsgərov, Natiq Əmirov, Zeynal Nağdəliyev və Məhərrəm Əliyevlə bağlı sərəncam

29 Noyabr
Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
TİA.AZ xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilib.
Prezidentin daha bir sərəncamı ilə Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.
İlham Əliyev həmçinin Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.