Tribuna İnformasiya Agentliyi

FTX Donbasda liderləri öldürən İŞİD-çini ələ keçirdi

10 Sentyabr

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanın Donbas regionunda aparıcı liderləri öldürən İŞİD terror qruplaşmasının üzvünü saxlayıb. FaktXəbər bildirir ki, bu barədə “RT” məlumat yayıb.

Məlumata görə, saxlanılan terrorçu Donbasda qondarma respublikaların aparıcı şəxslərinə qarşı sui-qəsdləri təşkil edirmiş.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror təşkilatının üzvü olan 1988-ci il təvəllüdlü Mecid Maqomedovu Smolensk vilayətinin ərazisində saxlayıb. Adı çəkilən terrorçu Ukraynada “Pravıy sektor” (“Sağ sektor”) adlı hərəkatın sifarişi ilə Donetsk ərazisində yerli liderlərdən birinə qarşı sui-qəsdi həyata keçirib.

Qeyd edək ki, ötən həftə “Donetsk Xalq Respublikasının” lideri Aleksandr Zaxarçenko restoranda baş verən partlayışda həyatını itirmişdi.