Tribuna İnformasiya Agentliyi

FTX Azərbaycanla birgə əməliyyat keçirdi – 1400 nəfər tutuldu

05 Dekabr

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Azərbaycan və Qazaxıstandan olan həmkarlarının dəstəyi ilə keçirdikləri əməliyyat nəticəsində Xəzər dənizi hövzəsində 1400-dən çox sərhəd pozucusunu saxlayıb. 

TİA.AZ “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Həyata keçirilən tədbirlər nəticəsində 1400-dən çox sərhəd pozucusu, 170-dən çox kiçik həcmli gəmi saxlanılıb, 625 min 152 metr tor götürülüb. 15 tondan çox bioloji resursların qanunsuz dövriyyəsinin qarşısı alınıb. Tədbirlər Rusiyanın Xəzər regionunda strateji maraqlarının təmin olunması ilə bağlı fəaliyyət proqramının reallaşdırılması çərçivəsində bu ilin aprelin 15-dən mayın 15-dək və avqustun 30-dan oktyabrın 31-dək keçirilib. Tədbirlərə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti və Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndələri cəlb olunub”, – deyə FTX-nın yaydığı məlumatda bildirilir.