FTX arxivi açdı: Yaponiya müharibəyə hazırlaşıbbackend

FTX arxivi açdı: Yaponiya müharibəyə hazırlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yaponiya ordusunun 1938-ci ildə SSRİ ilə müharibəyə hazırlaşdığına dair sübutların yer aldığı arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.

TİA.AZ Axar.az-a istinadən xəbər verir ki, sənədlərdə Kvantun ordusunun komandanı general Otozo Yamadanın 1938-ci ilin yanvar ayının əvvəlində 3-cü Ordunun hazır vəziyyətə gətirilməsini əmr etdiyi yer alıb.

Yamada Mancuriyada SSRİ ilə sərhəd bölgəsində yerləşən 3-cü Ordu komandiri təyin edildikdən dərhal sonra müharibəyə hazırlaşmağa başlayıb.

Avqustun 9-da isə Yaponiya ordu hissələrinə 70 saylı əmr (müharibə hazırlığının gücləndirilməsi) verilib.