Tribuna İnformasiya Agentliyi

FTB dünyada kompüter və telefonlara giriş icazəsi alıb

01 Dekabr

ABŞ Ali Məhkəməsi federal cinayət-prosessual məcəlləsinin 41-ci maddəsinə dəyişiklikləri təsdiq edib. 

ABŞ Ali Məhkəməsi federal cinayət-prosessual məcəlləsinin 41-ci maddəsinə dəyişiklikləri təsdiq edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bununla da Federal Təhqiqat Bürosu (FTB) kompüter və telefonları sındıraraq onlara giriş icazəsi alıb.

İndi xüsusi xidmət orqanının əməkdaşları ABŞ-ın istənilən məhkəməsindən formal icazə aldıqdan sonra yalnız ABŞ-da yox, həm də ölkə xaricində cihazlara giriş imkanı əldə edəcəklər. Bundan əvvəl FTB əməkdaşları yalnız şübhəli şəxsin ərazi baxımından bağlı olduğu məhkəmədən xüsusi icazə aldıqdan sonra cihazları “sındıra” bilirdi.