backend

Fransalı nazir Azərbaycana buraxılmayacaq – XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır. 

Bunu TİA.AZ-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq “arzuolunmaz şəxslər” siyahısına daxil edilir: “Qanun qanundur və hamıya da eyni cür şamil olunur”.