Fransalı etirazçı: Biz cana doymuşuq – VİDEObackend

Fransalı etirazçı: Biz cana doymuşuq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz cana doymuşuq, baş verənlərdən çox qəzəbliyik. Onlar bizim qanımızı alırlar. İnsanlar istəyirlər ki, öz işlərindən götürdükləri qazancla yaşaya bilsinlər.

Oxu.Az xəbər verir ki, bu sözləri Fransada “Sarı jiletlər” aksiyasının iştirakçısı Denis Yeselnik bildirib.

Onun sözlərinə görə, etirazçılar güzəştlərə qarşı çıxış etmirlər, sadəcə öz işlərindən əldə etdikləri qazanc hesabına normal yaşamaq istəyirlər.

“Mən pensiyadayam, üzr istəyirəm, amma bu gün biz yaşaya bilmirik. Siz bütün kommunal xərcləri ödəyəndən sonra hesabınızda pul qalmaya bilər. Bu gün istəyirik ki, bizi daim tələblərimizə qarşı kar olan hökumət deyil, insalar eşitsinlər. Bu gün bütün ölkədə qəzəb artır, və nəticə gördüyünüz kimidir”, – deyə, etirazçı bildirib.

Digər aksiya iştirakçısı Lorentin sözlərinə görə, ötən həftə ilə müqayisədə bu dəfə etirazlar daha yaxşı keçir, nümayiş dinc xarakter daşıyır:

“Düşünürəm ki, iki yaxud üç nəfər iğtişaşa meylli şəxsdən başqa, hər şey yaxşı gedir”.

Qeyd edək ki, Parisdə Yelisey çöllərində ölkədə yanacağın qiymətinin artırılmasına qarşı etirazlar əsnasında yaranmış “Sarı jiletlər” hərəkatının aksiyası davam edir.

Etirazçılar polisə qarşı şüarlar səsləndirirlər. Onlar ölkədəki yüksək qiymətlərdən narazılıq ifadə edirlər.