Tribuna İnformasiya Agentliyi

Fransalı deputat: “Makronun çıxışı gecikmiş cavabdır”

11 Dekabr

“Makron xalqı təhqir edərək yaralılar barəsində bir söz belə demədi”.

“Report” Fransada çıxan “Liberation”a istinadən xəbər verir ki, bunu Fransa parlamentinin üzvü, Fəth Edilməyən Fransa Partiyasının lideri Jan-Lük Melanşon Prezident Emmanuel Makronun dekabrın 10-da televiziya vasitəsilə xalqa müraciətini tənqid edərkən vurğulayıb.

“Makron zamanı səv salıb. O, aztəminatlı vətəndaşları, işsizləri, qismən işlə təmin olunanları, təhsil alan gəncləri unudub”, – deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, ölkə üzrə etiraz aksiyası davam edəcək: “Vətəndaş inqilabı daha böyük olacaq”.

Parlamentdəki Sosialistlər fraksiyasının lideri Valeri Rabo prezidentin çıxışını “gecikmiş cavab, xülya” adlandırıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada avtomobil yanacağının qiymətinin bahalaşacağına etiraz aksiyası keçirilir. Dekabrın 10-da Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciət edib.