Fransada Yeni il gecəsi onlarla avtomobil yandırıldı (VİDEO)backend

Fransada Yeni il gecəsi onlarla avtomobil yandırıldı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransanın Strasburq şəhərində xuliqanlar Yeni il gecəsi otuza yaxın avtomobili yandırıblar.
Bu barədə Report “Figaro” qəzetinə istinadən xəbər verir.Tvitterdə yayılmış kadrlarda küçədə bir neçə yanan maşın əks olunub. Şəhərdə tətbiq edilən komendant saatı rejiminə baxmayaraq, petardlarn partlayış səslərini eşitmək olar.
Hazırda bir neçə nəfər saxlanılıb.
“Amma ötən illə müqayisədə vəziyyət daha az gərgindir”, – polisdəki mənbə “Figaro” qəzetinə deyib.
Elzas regionunun paytaxtında artıq bir neçə ildir qarışıqlıqlar və avtomobillərin yandırılması halları baş verir.