Tribuna İnformasiya Agentliyi

Fransada “sarı jiletlilər”in etirazları səbəbindən dörd nəfər ölüb

04 Dekabr

Fransada “sarı jiletlilər”in etirazları səbəbindən indiyədək dörd nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Eduard Filipp bildirib.

“Hərəkatın başlamasından bəri dörd vətəndaşımız ölüb. Çox sayda vətəndaş, o cümlədən hüquq-mühafizə orqanlarımızın əməkdaşları yaralanıblar”, – hökumət başçısı Fransa telekanallarının efirində xalqa müraciətində deyib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar keçirilir, hərəkat iştirakçıları sarı jiletlər geyirlər.