Fransada prezidentliyə namizədin başında yumurta sındırdılar – Videobackend

Fransada prezidentliyə namizədin başında yumurta sındırdılar – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidentliyinə ifrat sağçı namizəd Erik Zemmura Fransanın Oksitaniya bölgəsindəki Muassak şəhərinə səfəri zamanı yumurta atılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, siyasətçi maşından düşən zaman naməlum şəxs onun başına yumurta vurub. Cangüdənlər dərhal hücum edən şəxsi saxlayıb.

Məlumata görə, Zemmura yumurta atan şəxs əlil uşaq atasıdır.

Güman edilir ki, o, prezidentliyə namizədin Fransada əlilliyi olan uşaqların inklüzivliyi ilə bağlı qıcıqlandırıcı açıqlamalarından qəzəblənib.