Fransada prezident seçkisi keçirilirbackend

Fransada prezident seçkisi keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezident seçkilərində yeni rekord bitərəf qalma qeydə alınacağı gözlənilir.

Fransada 49 milyon vətəndaşın səsvermə hüququ olduğu məlum olsa da, prezident seçkilərində bitərəf qalma nisbəti hələ də qaranlıq olaraq qalır. İPSOS sosial sorğu şirkətinin apardığı sosial sorğuya görə, prezident seçkilərində bitərəf qalanlar 28 faizdən 32 faizə qədər ola bilər. Bitərəf qalma nisbətini təxmini 28 faiz götürdükdə bu rəqəm 5 il əvvəlki seçkilərdən (22,2 faiz) 6 bal çoxdur. 2002-ci il prezident seçkilərində fransızların 28,4 faizi səs verməyib. Ən aşağı bitərəf qalma nisbəti isə 1965-ci il prezident seçkilərində 15,25 faiz olub.

Bitərəf qalma seçicilərin bütün kateqoriyaları arasında bərabər deyil. Bitərəf qalanların əksəriyyəti gənclər olduğu bildirilir. Belə ki, 35 yaşdan aşağı olanlar arasında bitərəf qalma 40 faizdən çox, 70 və daha çox yaşlılar arasında isə yalnız 15 faizdir. Sorğunun nəticələrinə görə fəhlələrin 36 faizi, ofis işçilərinin 35 faizi, aylıq gəliri 2000 avrodan az olanların 37 faizi, inzibati işçilərin 29 faizi və aylıq gəliri 3000 avrodan çox olanların 24 faizi bitərəf qalır.

Prezident seçkilərinin birinci turunda bitərəf qalacaqlarını deyən respondentlər 24 faizi buna səbəb kimi namizədlərin əvvəlki seçkilərdə olduğu kimi eyni şeyi təkrarlaması, onların təkliflərində yeni heç nəyin olmamasını bildirirlər. Bu seçkilərin onların, eləcə də ölkənin həyatına heç bir təsiri olmayacağını səbəb göstərən respondentlərin həcmi 12 faizdir. Ölkədə siyasətlə maraqlanmayanlar potensial bitərəflərin 11 faizini təşkil edir.

Prezident seçkilərinin ikinci turunda – Emmanuel Makron və Marine Le Pen dueli vəziyyətində, potensial bitərəflik 30 – 34 faiz Emmanuel Makron və Jan-Lyuk Mélenchon olduğu təqdirdə isə bitərəfliliyin 34 faizdən 38 faiz aralığında olacağı bildirilib. Emmanuel Makron və Marin Le Pen dueli vəziyyətində olacağı təqdirdə Jan-Luc Mélenchonun seçicilərinin 53 faizi, Fabien Russelin seçicilərinin 59 faizi, Yannik Jadotun seçicilərinin 35 faizi səsvermə niyyətində olmadıqlarını bildiriblər.

Fransızlar ölkədə demokratiyanın düzgün işləməsi ilə bağlı da fikirlərini bildiriblər. Onların 51 faizi demokratiyanın yaxşı işlədiyini, 49 faizi isə buna əks fikir söyləyiblər.

Respondentlərin 65 faizi məcburi səs vermənin tətbiqini dəstəkləyiblər. Səsvermənin asalnlaşdırılması tədbirlərinə gəldikdə isə respondentlərin 65 faizi internet vasitəsi ilə, 53 faizi isə poçt vasitəsi ilə səsverməni dəstəkləyiblər.