Fransada prezident seçkiləri: İkinci turun qalibi kim olacaq?backend

Fransada prezident seçkiləri: İkinci turun qalibi kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir.
Qaynarinfo xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 10.00-da açılıb və böyük şəhərlərdə saat 20.00-da, digər yaşayış məntəqələrində isə saat 19.00-da bağlanacaq.
Beş il əvvəl olduğu kimi yenə prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Emmanuel Makron və Milli Birlik Partiyasının sədri Marin Le Pen mübarizə aparır.
Bu iki namizəd prezident seçkilərinin ilk turunda müvafiq olaraq 27,85% və 23,15% səs toplayıb. İlk turda namizədlər arasında fərq 5%-dən az olsa da, Emmanuel Makron Marin Le Pen üzərində fərqi xeyli artırıb.
Qeyd edək ki, 2017-ci ildə Fransada keçirilən seçkilərin 2-ci turu zamanı Emmanuel Makron 66,1 % səslə qalib gəlib. 5 il əvvəl seçicilərin 33,9 %-i Marin Le Penə səs verib.