Fransada 150 min mağaza bağlanacaqbackend

Fransada 150 min mağaza bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Fransada tətbiq edilən sərt karantin rejiminin bütün bölgələrə şamil edilməsi 150 min mağazanın bağlanmasına səbəb olacaq.

TİA.AZ-ın məlumatına görə, bu barədə RİA “Novosti”yə respublikanın İqtisadiyyat, maliyyə və yenidənqurma nazirliyindən xəbər verilib.

20 martda özünü təcridetmə rejiminin tətbiq olunduğu Fransanın 19 departamentində 90 mindən çox ticarət müəssisəsi bağlanıb. Qeyd olunub ki, 3 aprel tarixindən digər regionlarda daha 60 min ticarət müəssisəsi bağlanacaq.

Maliyyə Nazirliyi bildirib ki, təkcə işsiz insanlara müavinət ödəmək üçün 11 milyard avro tələb olunacaq.

Qeyd edək ki, Fransada məktəblər, uşaq bağçaları və körpələr evləri 2 apreldən 3 həftə, kollec və liseylər isə 4 həftə müddətinə bağlanacaq. Regionlararası gediş-gəliş isə aprelin 5-dən qadağan olunacaq. Bütün sahələrdə distant işləməyə üstünlük veriləcək.