Fransa və Qazaxıstan xal itirib, Xorvatiya ilk qələbəsini qazanıb-VİDEObackend

Fransa və Qazaxıstan xal itirib, Xorvatiya ilk qələbəsini qazanıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib.

TİA.AZ-ın məlumatına görə, ikinci oyun günündə A, B, C və D liqalarında 7 qarşılaşma təşkil olunub.

A Liqasında 1-ci qrupun görüşlərində Avstriya Fransa üzərində qələbəni əldən verib – 1:1. Son dünya çempionlarını məğlubiyyətdən Kilian Mbappe xilas edib. Lider Danimarka isə Xorvatiyaya uduzub.

B Liqasında 2-ci qrupun cəmi 1 oyunu baş tutub. Bu görüş Albaniya və İsrail arasında olub. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunalşıb – 2:1. Rusiya yarışdan kənarlaşdırıldığı üçün İslandiya istirahət edib.

C Liqasında 3-cü qrupun qarşılaşmalarına gəldikdə, Azərbaycan yığması Slovakiya ilə qarşılaşmada minimal hesabla uduzub. Belarus isə Qazaxıstanla görüşdə məğlubiyyətdən xilas olmağı bacarıb.

Nəhayət, D Liqasında 1-ci qrupun görüşlərində Moldova ardıcıl üçüncü məğlubiyyətini evdə Latviyadan alıb – 2:4. Andorra isə evdə Lixtenşteyni məğlub etməyi bacarıb – 2:1.

10 iyun
Millətlər Liqası, III tur

A Liqası, 1-ci qrup
22:45. Avstriya – Fransa – 1:1

Qollar: Andreas Vayman, 37 – Kilian Mbappe, 83

22:45. Danimarka – Xorvatiya – 0:1

Qol: Mario Paşaliç, 69

Xal durumu: Danimarka – 6, Xorvatiya – 4, Avstriya – 4, Fransa – 2

B Liqası, 2-ci qrup

22:45. Albaniya – İsrail – 1:2

Qollar: Armando Broya, 45+2 – Manor Solomon, 57; 73

Xal durumu: İsrail – 4, İslandiya – 2, Albaniya – 1

C Liqası, 3-cü qrup

20:00. Azərbaycan – Slovakiya – 0:1

Qol: Vladimir Vayss, 81

22:45. Belarus – Qazaxıstan – 1:1

Qollar: Vladislav Malkeviç, 84 – Abat Aymbetov, 13

Xal durumu: Qazaxıstan – 7, Slovakiya – 6, Belarus – 2, AZƏRBAYCAN – 1

D Liqası, 1-ci qrup

20:00. Moldova – Latviya – 2:4

Qollar: İon Nikolaesku, 6 (pen.). Nikita Motspan, 64 – Vladislav Qutkovski, 19; 60. Yanis İkaunyek, 26; 75

22:45. Andorra – Lixtenşteyn – 2:1

Qollar: Xordi Alaes, 78 (pen.). Jezus Rubyo, 82 – Livio Mayer, 90+3

Xal durumu: Latviya – 9, Moldova – 4, Andorra – 4, Lixtenşteyn – 0.