Fransa “sülhməramlıları” Malidə qətliam törətdi – Toyu bombalayıb 100 nəfəri öldürdübackend

Fransa “sülhməramlıları” Malidə qətliam törətdi – Toyu bombalayıb 100 nəfəri öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mali mərkəzinin “naməlum nişanlı” təyyarə tərəfindən bombalanması nəticəsində azı 20 dinc sakin ölüb, 20 nəfər yaralanıb.  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “A Bamaco” mətbu orqanı məlumat yayıb.

Hadisə Mopti vilayətinin Duens şəhəri yaxınlığında Bunti yaşayış məntəqəsində baş verib. Məlumata görə, təyyarə toy mərasiminin iştirakçılarını bombalayıb.

Bildirilib ki, Malidə bu ölkənin sərvətlərini talayan Fransanın  Hərbi Hava Qüvvələrinin təyyarələri uçur. Onlar ölkədə sülhməramlı missiya adı altında terror fəaliyyətləri ulə məşğul olur, yerli əhalini istismar edirlər. Ehtimal edilir ki, toyu fransız təyyarəçiləri bombalayıb.

Şəhərin meri Adam Qriaba isə bombardman qurbanlarının sayının yüz nəfər olduğunu bildirib.